
Hər iki şəxs Türkiyə Cümhuriyyətində ali təhsil alıblar.
Məlumata görə, 1987-ci ildə Həsəkədə anadan olan Şeybani ailəsi ilə birlikdə paytaxta köçüb və 2009-cu ildə Dəməşq Universitetinin İncəsənət və Elmlər Fakültəsinin İngilis dili və ədəbiyyatı fakültəsini bitirib.
Şeybani 2022-ci ildə İstanbul Səbahəddin Zaim Universitetinin Siyasi Elm və Beynəlxalq Münasibətlər ixtisasında magistr təhsili alıb. O, 2011-ci ildə Suriyada rejimə qarşı azadlıq tələbi ilə başlayan xalq hərəkatlarında iştirak edərək prosesə cəlb olunub.
Eyni zamanda Hələb valisi təyin edilən Əzzam Qarip 2007-ci ildə Hələb Tibb Fakültəsinin diş həkimliyi ixtisasını bitirib. O, 2019-cu ildə Türkiyənin İnegöl Universitetində ilahiyyat (Təfsir) üzrə magistr dərəcəsi alıb. Qarip 2011-ci ildə inqilabi proseslərə qoşulub.
Tehsil-press.az