İran hökuməti rəsmi valyuta sistemində əsaslı dəyişikliklərə hazırlaşır. Mövcud "İran rialı" "İran tüməni" ilə əvəz ediləcək və pul əskinaslarından dörd sıfır silinəcək.
Bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bu islahat layihəsi ilk dəfə 2019-cu ildə təklif olunub və təsdiqlənib. Lakin məhz bu gün prezident Məsud Pezeşkiyan layihəni təcili olaraq parlamentə təqdim edib.
İslahatın əsas məqsədi xroniki inflyasiya və valyutanın aşağı alıcılıq qabiliyyətindən irəli gələn problemlərlə mübarizə aparmaqdır.
Qeyd edək ki, son illərdə İranda iqtisadiyyatın müxtəlif sahələrində müşahidə olunan çətinliklər, o cümlədən beynəlxalq sanksiyalar və milli valyutanın kəskin ucuzlaşması bu islahatların zəruriliyini daha da artırıb.
Maliyyə ekspertləri hesab edirlər ki, bu addım yalnız psixoloji təsir yaratmaqla kifayətlənməyəcək, həmçinin valyuta sistemini sadələşdirəcək.
Tehsil-press.az