"Qara Qarayev" metrostansiyasından beş dəqiqəlik piyada məsafədə, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 5 ünvanında yerləşən "Sevinc Mall" fəaliyyətə başladı.
Burada müxtəlif geyim mağazaları, kafe və restoranlar, uşaq əyləncəsi, batut, kinoteatr müştərilərin xidmətinə verilib.
Calista, Olivia Beauty&Care, Joma, Miniso, Second Cup, McDonalds, CTR Chicken, Two Bros. Pizza, Happy Land uşaq əyləncə mərkəzi və batut meydançası, Park Cinema kimi brendlərin yer aldığı mall-da müxtəlif yaş qruplarının maraqları nəzərə alınıb.
İlk dəfədir ki, şəhərin mərkəzindən kənarda, müasir tcarət mərkəzi konsepsiyasında, tələb olunan brend miks, buraya üz tutan müştərilər və çalışanların rahatlığı nəzərə alınmaqla inkişaf etdirilən "Sevinc Mall"un açılışı bu hissədə infrastrukturun inkişafına da yol açır. Artıq "Həzi Aslanov" metro stansiyasından başlamış "Qara Qarayev"ə qədər olan ərazilərin sakinlərinə şəhərin mərkəzinə üz tutmadan, yola əlavə vaxt sərf etmədən, tıxaclara düşmədən öz asudə vaxtlarını keçirmək, ehtiyac və maraqlarını qarşılamaq üçün fürsətlər yaranır.
"Sevinc Mall" vaxtilə Bakı sakinlərinin çox yaxşı bələd olduğu "Sevinc" kinoteatrının yerləşdiyi ərazidə inşa edilib. Köhnə kinoteatrın fəaliyyətinin uzun müddət öncə dayandırılmasına baxmayaraq ərazi hələ də Sevinc kinoteatrı kimi tanınmağa davam etmiş və sakinlər ondan park kimi xoş vaxt keçirmək üçün istifadə edib. Burada məktəblidən tutmuş, körpəli valideyn, təqaüdçüyə qədər hər bir yaşın nümayəndəsinə rast gəlmək mümkün idi. Onlar burada dincəlir, gəzir, bir sözlə xoş vaxt keçirirdilər.
"Sevinc Mall"un məhz burada inşa edilməsinə qərar verilməsi sakinlərin əraziyə olan sevgisi, onların burada keçirdiyi xoş vaxtı və ünsiyyəti oldu. Onların vaxtını və ünsiyyətini daha maraqlı etmək üçün nələr edilə biləcəyi düşünüldüyündə bunun sakinlərə istirahət üçün geniş təkliflər verəcək rahat və xudmani Mall ola biləcəyi fikri yarandı. Kinoteatrın önündəki ərazinin gəzinti üçün istifadə edildiyi və çox sevildiyi nəzərə alınaraq həmin ərazi yenə də gəzinti və "Sevinc Mall"un gələcəkdə təklif edəcəyi fəaliyyətlər üçün olduğu kimi saxlanılıb.
"Sevinc Mall"da baş verən yeniliklər, açılan mağazalar haqqında www.sevincmall.az veb səhifəsində tanış olmaq olar.
Tehsil-press.az