Qəzaya uğrayan təyyarənin Qroznıya enə bilməməsi və istiqamətini dəyişməsinin səbəbi kimi dumanlı hava şəraitinin olduğu deyilsə də, burada müəyyən suallar yaradan məqamlar var, xüsusilə Ukrayna PUA-larının hücumlarına dair iddialar fonunda...
PUA hücumu ilə bağlı Rusiya mediasının yaydığı iddianın baş vermiş qəzanı Kiyev-Moskva müharibəsinə daxil etmək, bununla Ukraynanın “mülki insanlara zərər verdiyini” göstərmək məqsədi daşıdığı istisna edilməməlidir. Lakin diqqət mərkəzinə düşən bəzi detallar açıq suallar yaradır.
Bu gün səhər saatlarında – hələ qəza haqda məlumat yayılmamışdı – Ukrayna PUA-larının Qroznıya hücum etdiyi, 59 PUA-nın məhv edildiyi haqda məlumat yayıldı. Mümkündür ki, Qroznı səması təhlükəsiz olmadığı üçün təyyarənin istiqaməti dəyişib. Hərçənd, istiqamətini dəyişən təyyarənin niyə qəzaya uğradığı sualı yenə açıq qalır.
Qəzadan sağ çıxan Subxonkul Rəximovun yayılan açıqlaması (nə qədər doğru olduğu mübahisəlidir) bu məsələdə diqqətçəkəndir. O danışır ki, təyyarə Qroznı yaxınlığında 2-3 dəfə eniş etməyə çalışıb, lakin alınmayıb. Daha sonra partlayış səsi eşidiblər, amma partlayışın nə və harada baş verdiyini anlamayıblar. Bundan sonra təyyarə başqa istiqamətdə uçmağa başlayıb: “Pilot sağ olsun, öz manevri ilə bizi xilas etdi. Əgər o olmasaydı, biz hamımız həlak olardıq. Təyyarənin quyruq hissəsi dağılıb”.
Sərnişinin danışdıqları təyyarənin Qroznıya enə bilməməsinə şəhər üzərindəki PUA döyüşünün səbəb olduğu, hətta “zərbələrdən birinə tuş gələ biləcəyi” haqda şübhələr yaradır. Lakin bu, mümkün zərbənin məqsədyönlü şəkildə endirildiyi, yaxud Rusiya mediasının iddia etdiyi kimi, Ukrayna PUA-ları tərəfindən (PUA-ları zərərsizləşdirən Rusiya raketləri də ola bilər) vurulduğu demək deyil. Məsələ hava məkanının təhlükəsiz olmamasıdır.
Şübhəli və açıq qalan suallar var, hər şey araşdırmalar nəticəsində bəlli olacaq.
Tehsil-press.az