Təyyarə qəzasında ölənlərdən 148-nin şəxsiyyəti müəyyən edilib

Təyyarə qəzasında ölənlərdən 148-nin şəxsiyyəti müəyyən edilib İranda yanvarın 8-də qəzaya uğramış təyyarənin 148 sərnişininin şəxsiyyətini müəyyən etmək mümkün olub.
Bu barədə “RİA Novosti” İran məhkəmə tibbi ekspertizasına istinadən məlumat yayıb. Mütəxəssislərin apardıqları DNT analizi nəticəsində 148 nəfərin adları da müəyyən edilib. Artıq 57 nəfərin cəsədi ailələrinə təhvil verilib.
Xatırladaq ki, yanvarın 8-də Tehranda Ukrayna təyyarəsinin qəzaya düşməsi nəticəsində 176 nəfər ölüb. Daha sonra təyyarənin səhvən İran tərəfindən vurulduğu məlum olub.

Tehsil-press.az

Oxşar xəbərlər