
Bunu rusiyalı politoloq Mixail Vinoqradov deyib.
“Birinci cümlə: “İstehsalçının Braziliyadan olan nümayəndələri Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğradığı Qazaxıstana gəlib” – yəni sadəcə xarici xəbər kimi səsləndirildi. Sonra Federal Hava Nəqliyyatı Agentliyi bildirib ki, Bakıdan gələn təyyarə qatı dumanın olduğu və Ukrayna PUA hücumu ilə vəziyyətin daha da mürəkkəbləşdiyi Qroznıya enə bilməyib. Ardınca bu gün hamının qəti və birmənalı olaraq sitat gətirdiyi Federal Hava Nəqliyyatı Agentliyinin rəhbərinin sözləri sinxron səslənir: “Rusiya dərhal azərbaycanlı və qazaxlı həmkarlarına bu faciənin araşdırılmasında əməkdaşlığa tam və hərtərəfli hazır olduğunu bildirib...” Daha sonra AZAL-a istinad edirlər: “Ehtimal olunan səbəb kimi fiziki və texniki xarici təsir...” Ardınca uçuşları dayandıran aviadaşıyıcıların siyahısı gəlir, əsasən cənub istiqamətlərinə. Növbəti xəbər Moskva xəstəxanasında 9 həmyerlimizin Muraşko tərəfindən ziyarət edilməsidir. Bütün mövzunun xronometrajı 3 dəqiqədir. Yəni intonasiya baxımından “komandirə normal variantlar təklif edildi”yi kimi səslənir, amma nədənsə o, Aktauya uçub. Ancaq Teleqram versiyalarına qərq olanlar, Federal Hava Nəqliyyatı Agentliyinin bəyanatlarında öz versiyalarının qəti ziddiyyətini görməyəcəklər, sadəcə olaraq, “Birgə (kimlə?) araşdırılmalı olan bir çox müxtəlif hallar var” kimi əsaslı ifadələr yer alacaq orda”, - o bildirib.
Tehsil-press.az