
Tədbiri açan fakültə dekanı dosent Elnarə Mehbalıyeva dəvəti qəbul etdiyinə görə aktyora minnətdarlığını bildirib.
N.Mehdixanlı tələbələrə öz həyat və yaradıcılığı barədə məlumat verib, müəllifi olduğu şeirlərindən bir neçəsini səsləndirib. Tələbələr də görkəmli aktyorun bir neçə şeirini söyləyiblər.
Tədbirdə Xalq artistinin səhnə fəaliyyətinə, yaratdığı obrazlara dair videoçarx nümayiş edilib.
Sonra görkəmli aktyor tələbələrin suallarını cavablandırıb.
Sonda aktyorun ADPU THİK-in fəal üzvü Nərgiz Dostəliyeva tərəfindən çəkilən portreti xatirə olaraq N.Mehdixanlıya təqdim edilıb. Aktyor dəvətə görə universitetin kollektivinə minnətdarlığını bildirib və tələbələrlə görüşdən məmnunluğunu ifadə edib.
Tehsil-press.az