Kuba hökuməti Olqin əyalətində baş verən sursat anbarı partlayışı zamanı həlak olan hərbçilərə görə 20 yanvar tarixini matəm günü elan edib.
Bu barədə ölkə Prezidenti Migel Dias-Kanel Bermudes sosial şəbəkə hesabında məlumat yayıb.
“Olqin hərbi dairəsindəki sursat anbarında baş vermiş faciə nəticəsində həyatını itirən igid hərbçilərin xatirəsini yad etmək məqsədilə 20 yanvar tarixi səhər saat 6-dan gecə yarısına qədər matəm günü kimi qeyd olunacaq”, - deyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, yanvarın 7-də sursat anbarında baş verən partlayış nəticəsində 13 hərbçi həyatını itirib.
Tehsil-press.az