
Bu barədə məlumatı İranın Məhkəmə Sisteminin sözçüsü Əsgər Cahangir açıqlayıb.
Cahangir deyib ki, cinayət işi icra olunması üçün məhkəməyə göndərilib. Məhkəmə zərərçəkənlərin yaxınlarını dəvət edəcək.
Zərərçəkənlər edamın icrasını tələb etdiyi halda, cinayət işi icra olunması üçün əlaqədar quruma göndəriləcək.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə qarşı terror aktı törədilib. Terror aktı nəticəsində səfirliyin bir əməkdaşı şəhid olub, daha 2 nəfər isə yaralanıb.
Tehsil-press.az