Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsinin hazırlanması üçün yaradılmış işçi qrupunun yenidən formalaşması təklif edilib.
Təkliflə parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Elm və təhsil komitəsinin bugünkü iclasında çıxış edib.
O xatırladıb ki, "Ali təhsil haqqında" qanun layihəsi hazırlansa da, qəbul olunmayıb:
“Ali təhsil haqqında" qanun layihəsi bəlkə də Milli Məclisin tarixində ilk sənəddir ki, onunla bağlı müzakirədə spiker şəxsən iştirak etdi və İşçi qrupunun yaradılması haqqında göstəriş verdi. Yenidən işçi qrupu yaradılmalıdır. Düşünürəm ki, "Təhsil haqqında" qanunun ali təhsillə bağlı fəsilləri də təkmilləşdirməlidir".
***
Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyası üçün İş planı məlum olub.
Işlər planında komitə üzvlərinin sessiya müddətində görəcəyi fəaliyyətlər qeyd olunub.
Ancaq planda çoxdan gözlənilən "Ali təhsil haqqında" qanunla bağlı hər hansı fəaliyyət nəzərdə tutulmayıb.
Qeyd edək ki, qanun layihəsi ilə bağlı ilk müzakirələr 2021-ci ildə başlayıb, ancaq hələlik qəbul edilməyib.
Komitənin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov da qanun layihəsinə toxunub. Onun sözlərinə görə, təhsillə bağlı qarşıda yeni vəzifələr durur.
“Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də dünyada yeni tendensiyalar baş verir. Önəmli məsələlərdən biri də "Ali təhsil haqqında" Azərbaycan Respublikası Qanunun qəbuludur. Təhsil ictimaiyyəti qanunun qəbulunu səbirsizliklə gözləyir. Qanunda bir çox mühüm məsələlər var. Onlardan biri də doktorantura səviyyəsində mərhələlərin 1-ə endirilməsidir. İnanıram ki, tezliklə qanun qəbul ediləcək və bu təhsilimizin inkişafına öz töhfəsini verəcək. Sonda birgə dinləmənin keçirilməsini təklif edirəm. Düşünürəm fikir mübadiləsi üçün bu çox önəmli məslədir”.
Tehsil-press.az