Boğazında badam qırıntıları qalan körpə öldü

Boğazında badam qırıntıları qalan körpə öldü Ağdaşda körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Hadisə yanvarın 26-da saat 20:30 radələrində Ağdaş şəhərində qeydə alınıb.

Belə ki, 2023-cü il təvəllüdlü Kamran Şükran oğlu İsayev kəskin tənəffüs çatışmazlığı və bronxit bronxosdisiyası diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb.

2 yaşlı körpənin nəfəs borusunda badam qırıntıları qaldığı məlum olub.

Körpə yanvarın 27-də saat 13 radələrində xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər