
Bu barədə kanal rəhbərliyinin məlumatında bildirilib.
İlham Tumas Bakı Dövlət Universitetini bitirib. 1992-1993-cü illərdə könüllü olaraq Qarabağ döyüşlərində iştirak edən jurnalist N saylı hərbi hissənin tərkibində Tərtər və Ağdərədə vuruşub.
1996-2000-ci illərdə zabit kimi N saylı hərbi hissədə tağım komandiri, kadrlar və nizami bölmə rəisinin müavini kimi hərbi xidmət keçib.
Müxtəlif mətbu orqanlarda, o cümlədən, "Avrasiya", "Kino", "Ayna", "Panorama", "Hürriyyət", "Vətəndaş Həmrəyliyi", "Xural", "Ekspress", "24 saat", "Nota Bene" qəzetlərində çalışıb.
Televiziyalarda nümayiş etdirlən bəzi sənədli filmlərin müəllifi, redaktoru olub.
APA TV və İctimai TV-də müəllif-layihəsinin aparıcısı olub./modern.az
Tehsil-press.az