Qubada yeni meteoroloji dopler radar quraşdırılıb, dolu-leysan yağacağı əvvəldən məlum olacaq
Quba rayonunun II Nügədi kəndi ərazisində yeni meteoroloji dopler radar quraşdırılıb.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.
Onun sözlərinə görə, Erkən Xəbərdarlıq Sisteminin vacib elementi olan dopler hava radarı atmosfer proseslərini izləməyə, erkən xəbərdarlıqların hazırlanmağa, eyni zamanda 100-150 km radiusda gözlənilən dolu-leysan prosesləri ilə bağlı bir neçə saat öncədən məlumat almağa imkan verəcək.
"Bundan başqa, dopler radar vasitəsilə Böyük Qafqazın cənub-şərq yamacı çaylarında baş verə biləcək sel və daşqınlar barədə erkən xəbərdarlıqlar da tərtib ediləcək”, - G.Abbasova deyib.
Xidmət rəisinin müavini vurğulayıb ki, radar sisteminin idarə olunması fasiləsiz olaraq avtomatlaşdırılmış rejimdə həyata keçiriləcək.
Qeyd edək ki, Quba rayonu ərazisində yeni quraşdırılan meteoroloji dopler radarın açılış mərasimində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak edib.
Tehsil-press.az
- Baxış: 396
Xəbərin tarixi: 01.02.2025 / 19:20
-
Oxşar xəbərlər
QAR GƏLİR: Temperatur 7-10 dərəcə enəcək
Azərbaycanda hava şəraiti KƏSKİN DƏYİŞİR - Bu tarixlərlə bağlı XƏBƏRDARLIQ!
Leysan, dolu, sel... - Azərbaycanda bu tarixdən hava KƏSKİN DƏYİŞİR!
Bu tarixdən hava sərinləyəcək - Leysan, şimşək, dolu...
Leysan, dolu, qar... - Xəbərdarlıq
İsrail qırıcıları raket atəşinə cavab olaraq Suriya ərazisinə zərbələr endi ...
Martın 23-ü Ümumdünya Meteorologiya Günüdür
Sabahın havası: Yağış, dolu...
Azərbaycanda dopler radar sistemin quraşdırılacağı vaxt məlum olub
Ölkə ərazisində HAVA: Bəzi yerlərə dolu, leysan xarakterli yağış yağır
Temperatur 6 dərəcə aşağı düşəcək - Leysan yağacaq
XƏBƏRDARLIQ: Hava qeyri-sabit keçəcək, dolu düşəcək
Paytaxtda küləkli olacaq, bölgələrdə dolu düşəcək
Sabahın hava proqnozu açıqlanıb
Mayın ilk günü rayonlarda leysan yağışlar yağacaq