Ukrayna bombardman edildi: xeyli sayda ölən var

Ukrayna bombardman edildi: xeyli sayda ölən var Rusiya qoşunları ötən gün axşam saatlarında Ukraynanın Donetskin mərkəzi hissəsinə zərbələr endirməsi nəticəsində azı 11 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

Bu haqda məlumat Fövqəladə Hallar Dövlət Xidmətinin bəyanatında deyilir.

“Səkkiz beşmərtəbəli binaya, bir inzibati binaya və 30 avtomobilə ziyan dəyib. Yaşayış binalarında və inzibati binada yanğınlar baş verib”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl vilayətin hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin hadisələr zamanı 4 nəfərin öldüyü və 18 nəfərin yaralandığı barədə məlumat vermişdi.

Tehsil-press.az

Oxşar xəbərlər