“Mütəxəssis” vakansiyası üzrə vəzifə öhdəlikləri:
Təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə onların peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, tədbirlər planının hazırlanması və icra edilməsi;
Təlim prosesi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq edilməsi;
Keçirilən təlimlərin qiymətləndirmə nəticələrinin təhlil edilməsi;
Müəllimlərin işə qəbul imtahanlarının məzmun istiqamətinin təkmilləşdirilməsi, yeni mütəxəssislərin seçiminin planlaşdırılması və ümumi prosesin koordinasiya edilməsi.
Namizədə dair tələblər:
Ali təhsil (Pedaqogika və metodika, təhsilin idarə edilməsi, təlim və tədris metodikası istiqamətləri üzrə arzuolunandır);
İngilis dili biliyi;
Təlim və inkişaf, performansın və ya istedadların idarə olunması üzrə ən azı 1 il iş təcrübəsi;
Təlimlərin təşkili və ya performansın idarə edilməsi ilə bağlı beynəlxalq sertifikatın olması üstünlükdür;
Namizədləri dəyərləndirmək və qərar vermək bacarığı;
MS Office və Google alətləri ilə işləmə bacarığı;
Güclü analitik və problem həlletmə bacarığı;
Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, inam yaratma, komanda işi, əməkdaşlıq, geniş perspektiv, keyfiyyət yönümlülük, dinamikanı anlamaq.
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
İş yeri: Bakı şəhəri, Azərbaycan Respublikasının Təhsil İnstitutu (Afiyəddin Cəlilov küçəsi 86)
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən [email protected] e-mail ünvanına CV-lərini “Mütəxəssis” başlığı ilə göndərmələri xahiş olunur.
Yuxarıda sadalanan tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 2 aprel 2025-ci il
“Baş mütəxəssis” vakansiyası üzrə vəzifə öhdəlikləri:
Peşə təhsili səviyyələri üzrə tədris proqramlarının (kurikulumların) əmək bazarının tələblərinə uyğun olaraq hazırlanması və yenilənməsinin təmin edilməsi;
Şöbənin fəaliyyət istiqaməti üzrə təkliflərin və tövsiyələrin hazırlanması;
Müasir tədris metodologiyalarından istifadə edərək peşə ixtisasları üzrə tədris resurslarının hazırlanmasının təşkili;
Tədris planlarının təhlil edilməsi və ya hazırlanmasına dair təkliflərin verilməsi;
Peşə istiqamətləri (ixtisas qrupları, ixtisaslar) üzrə və tətbiqi xarakterli mühüm elmi problemlər, o cümlədən təlim proqramları üzrə tədqiqatların aparılması;
Monitorinq və qiymətləndirmə prosesinə dəstəyin verilməsi.
Namizədə dair tələblər:
Pedaqoji istiqamətlər üzrə ali təhsil;
Təhsil proqramları (kurikulumlar) və tədris resurslarının hazırlanması sahəsində ən azı 5 illik iş təcrübəsi;
Peşə təhsili ilə bağlı qanunvericilik haqqında biliklər;
Güclü analitik və problem həlletmə bacarıqları;
Yüksək təşkilatçılıq qabiliyyəti, liderlik və komanda quruculuğu ilə bağlı bacarıqlar;
İntizamlı və detallara diqqət yetirən iş üslubu;
Peşə təhsili sahəsinə aid məzmun sənədlərinin hazırlanmasına dair yüksək səviyyədə biliklər.
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
İş yeri: Bakı şəhəri, Azərbaycan Respublikasının Təhsil İnstitutu (Afiyəddin Cəlilov küçəsi 86)
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən [email protected] e-mail ünvanına CV-lərini “Baş mütəxəssis” başlığı ilə göndərmələri xahiş olunur.
Yuxarıda sadalanan tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 2 aprel 2025-ci il
Tehsil-press.az