Bu barədə RTÜK qərar qəbul edib.
Ağıllı TV-yə isə “Tele alış-veriş” proqramına görə sanksiya qoyulub.
Eyni zamanda jurnalist Fateh Altaylı ilə yutuber İlkər Canıklıgilin 900 mindən çox abunəçisi olan Flu TV Yutub kanallına da lisenziya almaları üçün 72 saat müddət verilib. Əks təqdirdə onların kanallarına giriş bloklanacaq.
RTÜK monitorinq mütəxəssisləri bu sanksiyalara səbəb kimi aparılan araşdırmalar nəticəsində adıçəkilən proqramlarda Prezident Rəcəb Tayyib Ərdoğanın ailəsinə və mərhum anasına yönəlmiş təhqirlərin canlı yayımlandığını, MHP lideri Dövlət Baxçalının səhhəti ilə bağlı sarkastik şərhlər edildiyini, həmçinin dövlət qurumları, hakim və prokurorların, təhlükəsizlik qüvvələrinin və hüquq-mühafizə orqanları əməkdaşlarının ünvanına təhqiramiz ifadələrin səsləndirildiyini əsas göstərərək, yayım qaydalarının pozulduğunu bildirib.
Tehsil-press.az