
Bu fikirləri açıqlamasında politoloq Rizvan Hüseynov səsləndirib:
“Paşinyan bu məsələni nəzərdə tutaraq Azərbaycanı münaqişəni Ermənistan ərazisinə keçirməkdə ittiham edirsə, deməli köklü yanlışlığa yol verir. Çünki bu 4 kənd Azərbaycanın suveren ərazisidir. Rəsmi Bakı beynəlxalq hüquqa və BMT qanunvericiliyinə görə, öz kəndlərini geri qaytarmaq üçün hərbi və siyasi addım ata bilər. Əgər Paşinyan Zəngəzur məsələsini nəzərdə tutursa, Azərbaycan burada diplomatik və danışıqlar yolu ilə addım atmaq niyyətindədir. Yəni bu formatlardan istifadə edərək Zəngəzur dəhlizini açacağıq.Hələ ki, dəhlizin açılması məsələsində hərbi-siyasi yollar görünmür
Tehsil-press.az