Ağ Evdə iftar süfrəsi və... ermənilərin həsrətində olduğu qonaqlıq

Ağ Evdə iftar süfrəsi və... ermənilərin həsrətində olduğu qonaqlıq Ötən gün ABŞ Prezidenti Donald Tramp mübarək Ramazan ayının bitməsi ərəfəsində Ağ Evdə iftar süfrəsi açıb. Rəsmi məlumata görə, o, noyabr seçkisindəki dəstəyə görə yüz minlərlə amerikalı müsəlmana təşəkkür edib və əmin edib ki, onun administrasiyası bu icmaya verdiyi vədləri yerinə yetirir.

O, həmçinin, çıxışı zamanı Ramazanı “mənəvi təfəkkür dönəmi adlandıraraq, “daha parlaq və ümidli gələcəyə nail olmaq üçün müsəlman dostları ilə əməkdaşlığa ümid etdiyini” bildirib. “Biz hamımız bütün dünyada sülh üçün çalışırıq”, - ABŞ lideri vurğulayıb və müsəlmanlara xitabən əlavə edib: “Nə qədər ki, prezidentəm, sizinlə olacaq, sizi müdafiə edəcəyəm. İstərdim ki, bunu biləsiniz”...

Dəstək məsələsində Tramp haqlı. Amerikanın müsəlman seçiciləri son prezident seçkisində həqiqətən ona gərəkən səsləri verib. Ermənilər haqda isə bunu söyləmək mümkünsüz.

Gerçək belədir ki, Birləşmiş Ştatların əsas erməni diaspor təşkilat olan ANCA (Amerika Erməni Milli Komitəsi) son seçki kampaniyası zamanı bircə dəfə belə, öz soydaşlarına Trampı dəstəkləməyə çağırmayıb. Amma indi bu qatı türkofob, irqçi və faşist təşkilat ard-arda ondan Azərbaycan əleyhinə və “artsax”la bağlı xahişlər edir, həyasız tələblər irəli sürür, satqın konqresmenlərin əli ilə ölkəmizə qarşı yeni tələlər qurmağa çalışır.

Tramp isə təcrübə göstərir ki, ona pislik edənləri, onu saymayanları unutmur. Hətta Ukrayna lideri Volodimir Zelenskini Kamala Harisə cəmi bircə dəfə təbliğat dəstəyi verdiyi üçün indiyədək bağışlaya bilmir.

Sifətdən-sifətə girməyi sevən ermənilərə gəlincə, bədnam qəbilənin Amerikadakı tör-töküntüləri çox istərdilər ki, Ağ Evdə müsəlmanlar kimi onlarla da ayrıca görüş keçirilə, süfrə açıla, Tramp “Hindistan qaraçıları” haqda da xoş sözlər söyləyəydi. Ardınca bundan Azərbaycan və Türkiyəyə qarşı gen-bol istifadə edəydilər...

Doğrudur, seçki gününə az qalmış Tramp ermənilərin ünvanına iki dəfə reverans edib. Rəqibi Kamala Harisi Qarabağdakı erməni əhalini qorumamaqda ittiham edib. Dünya xristianlarını müdafiə edəcəyinə söz verib. Təbii ki, bu, xristian həmrəyliyindən çox erməni seçicilərinin səsini almağa hesablanmış təbliğati gediş idi.

Ancaq artıq ermənilərdən ciddi dəstək gəlmədiyi bəlli. Başqa yandan, ermənilər faktiki xristianlıqdan çıxmış nanəcib bir toplum. Onların öz dini var –“erməni dini”. Təkallahlılığa dəxli olmayan batil din. Keşkə ABŞ-ın 45-ci və 47-ci prezidenti bu faktı heç vaxt unutmayaydı...

Söz yox ki, Trampın böyür-başında yer alan bəzi kadrlar daim erməni diktəsi ilə onun qulağını doldurmağa çalışacaq. Amma Ağ Evin köhnə-yeni rəhbərinin ən azından “demokrat” sələflərindən fərqli olaraq, erməni lobbisi ilə maddi bağlantısının olmaması bu xüsusda nikbinliyimizi artırır ki, azaltmır. Böyük ehtimalla, Tramp onların toruna düşməyəcək.

Hələ ki, prezidentliyinin üçüncü ayında Ağ Ev başçısı birtərəfli qaydada erməniləri sevindirəcək, o sırada revanşistlərin “çörəyinə yağ sürtəcək” hansısa addım atmayıb, açıqlama-bəyanat səsləndirməyib. Bayden administrasiyasının sonuncu həftəsində (14 yanvar 2025) ABŞ-la Ermənistan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqda Xartiya da artıq unudulmuş kimidir.

Necə deyərlər, dəniz suyunun dadını bilmək üçün damla da yetərli...

Tehsil-press.az

Oxşar xəbərlər