
Belə ki, televiziyada yayımlanan verilişlərin birində mədəniyyət nazirinin müşaviri Cəsarət Valehovun attestasiyada iştirak edən müəllimlərin heç birinin kəsilməyəcəyini bildirdiyi iddia edilir.
Sözügedən veriliş yanvarın 31-də "İctimai TV"də yayımlanıb.
Kanalın “Səhər” proqramında Cəsarət Valehov və professor Məmməd Quliyev Mədəniyyət Nazirliyi sistemində keçiriləcək müəllimlərin attestasiyasından danışıblar.
Ancaq verilişdə attestasiyadan keçməyən müəllimlərin tədris prosesindən uzaqlaşdırılmayacağı ilə bağlı hər hansı fikir səsləndirilməyib.
Cəsarət Valehov müsahibədə qeyd edib ki, bu attestasiyanın keçrilməsində Mədəniyyət Nazirliyinin niyyəti müəllimlərin işdən çıxarılması, onlara olan hansısa təhdidlər deyil. Bu peşəkarlıq səriştəsinin yoxlanılması, bacarıqlarının dəyərləndirilməsidir.
Nazir müşaviri attestasiyadan kəsilənlərin aqibəti ilə bağlı suala cavabında (videonun 13.31-ci dəqiqəsində) qeyd edib ki, əgər müəllim öz işini normal görürsə, şagirdlə uyğun tədris prosesini icra edirsə, onun attestasiyadan keçməmək şansı yoxdur.
Görünür, sosial mediada, məlum videoda səsləndirilən fikirlər konteksdən çıxarılıb və insanları səhv yönləndiriblər.
Tehsil-press.az