Bu gün müəllimlər də imtahan verəcəklər

Bu gün müəllimlər də imtahan verəcəklər Iyunun 16 və 17-də müəllimlər də imtahan verəcəklər.

Tehsil-press.az saytı xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov məlumat verib. C.Valehov bildirib ki, respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları keçiriləcək. Müsabiqədə iştirak üçün müraciət edən şəxslərdən 2107 nəfəri test imtahanı mərhələsinə dəvət olunub. Onlar keçirilən imtahanın nəticələrinə görə seçiləcəklər.


Tehsil-press.az

Oxşar xəbərlər