Zəngəzurla bağlı yeni xəbər: Zaxarova açıqladı

Zəngəzurla bağlı yeni xəbər: Zaxarova açıqladı Rusiya maya kimi Ermənistanda (Qafan şəhərində) baş konsulluğun açılmasının vaxtı ilə bağlı konkret razılığın əldə edilməsini gözləyir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Baş konsulluğun yaradılması məsələsi xarici işlər nazirləri tərəfindən ətraflı müzakirə olunub və buna nail olacağıq. Gözləntimiz budur ki, may ayına qədər konsulluğumuzun açılışı vaxtı ilə bağlı konkret razılaşmalar əldə edə biləcəyik”, - diplomat qeyd edib.

Zaxarova vurğulayıb ki, Rusiyanın Ermənistanın cənubunda (Qərbi Zəngəzur – red.) mövcudluğunun ardıcıl genişlənməsi iki ölkənin və bütövlükdə regionun uzunmüddətli maraqlarına cavab verir.

“Ölkələrimiz arasında iqtisadi gündəmin Sünikdə (Qərbi Zəngəzur – red.) təşviqi Ermənistan regionu ilə həmsərhəd olan İranın bu yaxınlarda ittifaqla (Avrasiya İqtisadi Birliyi) azad ticarət sazişini ratifikasiyası ilə əlaqədar bu formatda getdikcə daha çox əhəmiyyət kəsb edir və bu aspekt nəzərə alınmalıdır. Bütün bunlar Sünik regionunun dinamik, dinc, təhlükəsiz inkişafı üçün etibarlı sığortaya çevriləcək”, - Zaxarova əlavə edib.

Tehsil-press.az

Oxşar xəbərlər