
Bu barədə universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, aksiyada universitetin rektoru Elbrus İsayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Azərbaycan Dövlət İqtisad Universiteti Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru Zahid Məmmədov, azərbaycanlı alim, ixtiraçı, elektronika mühəndisi Xəlil Kələntər və prorektorlar, rektor müşavirləri, bütün fakültələrin dekanları iştirak ediblər.
Aksiya çərçivəsində 50 “Xan çinar” əkilib.
Qeyd edək ki, əkilən hər ağac üçün xüsusi QR kod yaradılacaq və bu kod vasitəsilə aksiyanın gedişatını əks etdirən videogörüntülərə baxmaq mümkün olacaq.
Tehsil-press.az