“Heydər Əliyev İli” çərçivəsində ATMU-da ağacəkmə aksiyası keçirilib

“Heydər Əliyev İli” çərçivəsində ATMU-da ağacəkmə aksiyası keçirilib Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı Azərbaycan Turizm və Menecment Universitetində “Hərəyə bir ağac əkək kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndərin əziz xatirəsini yad etmək, dahi liderin yaşıllaşdırma ənənələrini davam etdirmək, ekoloji mədəniyyəti, təbiətə olan qayğını təbliğ etmək və yaşatmaqdır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Aksiyada ATMU-nun professor-müəllim, inzibat və tələbə heyəti yaxından iştirak edib. Aksiya iştirakçıları tərəfindən universitet ərazisində həmişəyaşıl və dekorativ ağaclar əkilib, quruyan ağaclar isə yeniləri ilə əvəz edilib.
Qeyd edək ki, ATMU-da Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı digər tədbirlər də keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər