
Yuxarıda qeyd edilənlərə əsasən və BSU-nun rektoru, professor Nurlana Əliyevanın müvafiq əmrinə uyğun olaraq oktyabrın 30-da Bakı Slavyan Universitetində (BSU) növbəti ağacəkmə aksiyası keçirilib. Müəllim və tələbələrin, əməkdaşların fəal iştirakı ilə keçirilən aksiya zamanı universitetin həyətində və universitetə yaxın ərazidə çoxlu sayda ağac əkilib. Diqqətə çatdırmaq istəyirik ki, BSU-nun kollektivi tərəfindən belə aksiyaların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
BSU-nun Mətbuat xidməti


