
Universitetin çoxsaylı tələbəsinin iştirakı ilə keçirilən aksiyada təyin edilmiş ərazidə 100 ədəd müxtəlif növ ağac əkilib. Ekoloji mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin salınması və onların mühafizəsi ilə bağlı mövcud ənənəyə uyğun olaraq keçirilən aksiyada, eyni zamanda, həmin ərazidə əvvəllər əkilmiş ağaclara qulluq göstərilib və təmizlik-abadlıq işləri aparılıb.
Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
BDU-nun Mətbuat və informasiya şöbəsi, 27 fevral 2019-cu il