
Universitetin yataqxana şəhərciyində 650 ədəd ağacın əkildiyi aksiyada BDU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. İştirakçılar aksiyanın dahi sənətkarın xatirəsinin əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib, bu təşəbbüsün Nəsimi irsinin daha geniş təbliği ilə yanaşı, ölkəmizin yaşıllıqlar diyarına çevriləcəyi, ətraf mühitin mühafizəsi, hava məkanının sağlamlaşdırılması və iqlimin yaxşılaşdırılmasına böyük töhfə verəcəyini qeyd ediblər.
BDU-nun Mətbuat Xidməti