
Bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Bildirilib ki, bir neçə saat davam edən görüşdən sonra ali rəhbər prezidentin xahişini dinləyib və Tehranla Vaşinqton arasında ilk növbədə vasitəçilər, nəticə İran tərəfinə uyğun gələrsə, birbaşa danışıqlara razılıq verib.
Eyni zamanda, nəşr yazır ki, Xamenei danışıqların aparılması üçün bir neçə şərt qoyub. O, xüsusən Tehranın nüvə proqramının, o cümlədən monitorinq mexanizmləri ideyasının müzakirəsinə icazə verib, lakin İranın raket proqramının ölkənin müdafiə sisteminin bir hissəsi olduğunu və müzakirə mövzusu olmadığını qeyd edib.
Tehsil-press.az