Rektor Anar Eminov tələbələrlə görüşüb

Rektor Anar Eminov tələbələrlə görüşüb Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov tələbələrlə görüşüb. Məqsəd tələbələri elmi və pedaqoji istiqamətdə universitetin hədəfləri və vəzifələri ilə tanış etmək, onları bu proseslərə daha fəal şəkildə cəlb etmək olub.

Rektor Anar Eminov universitetin akademik simasının formalaşdırılmasında tələbələrin rolunu xüsusi qeyd edib. Bildirib ki, tələbələr MDU-nun brendə çevrilməsində fəal iştirak etməlidir. MDU-nun əsas hədəfinin yüksəkixtisaslı kadr hazırlamaq olduğunu diqqətə çatdıran rektor deyib ki, bunun üçün universitetdə müasir tələblər səviyyəsində bütün zəruri imkanlar yaradılacaq. Rektor MDU-nun müasir dövrün çağırışlarına cavab verən ali təhsil ocağına çevrilməsi üçün elmi-tədqiqat fəaliyyətinə marağın artırılmasının vacibliyini vurğulayıb. O həmçinin tələbələrin xarici dil biliklərinin artırılması və ixtisas üzrə çoxşaxəli bacarıqlara yiyələnməsinin əhəmiyyətindən danışıb, bu istiqamətdə MDU-nun hər zaman dəstək olacağını xüsusi vurğulayıb.

Görüş zamanı rektor tələbələri maraqlandıran sualları cavablandırıb, həmçinin onların sosial və təhsil həyatı ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, MDU-da rektorla tələbələrin görüşlərinin mütəmadi keçirilməsi nəzərdə tutulub.

Rektor Anar Eminov tələbələrlə görüşüb
Rektor Anar Eminov tələbələrlə görüşüb
Rektor Anar Eminov tələbələrlə görüşüb
Rektor Anar Eminov tələbələrlə görüşüb
Rektor Anar Eminov tələbələrlə görüşüb


Tehsil-press.az

Oxşar xəbərlər