Bu xəstəxana direktorlarının ölkədən çıxışına "stop" qoyula bilər

Bu xəstəxana direktorlarının ölkədən çıxışına Azərbaycanda məşhur xəstəxana direktorlarının ölkədən çıxışına məhdudiyyət qoyula bilər.

Şirvan, Şəki, Şabra və Saatlı rayonlardakı mərkəzi xəstəxanaların dövlətə külli miqdarda vergi borcu yaranıb.

Vergi borcu olan xəstəxanalar:

1. Şəki Rayon Mərkəzi Xəstəxanası (direktor Məcid Əliyev) - 121.522,49 AZN (11 saylı Ərazi Vergilər Baş İdarəsi);

2. Şirvan Şəhər Mərkəzi Xəstəxanası (direktor Pərviz Rüstəmbəyov) - 94.574,87 AZN (5 saylı Ərazi Vergilər İdarəsi);

3. Şabran Rayon Mərkəzi Xəstəxanası (direktor Səxavət Cəbrayılov) - 70.248,64 AZN (3 saylı Ərazi Vergilər İdarəsi);

4. Saatlı Rayon Mərkəzi Xəstəxanası (direktor Pərvin Məmmədov) - 23.074,04 AZN (5 saylı Ərazi Vergilər İdarəsi).

Sözügedən xəstəxana direktorlarına borcların ödənilməsi ilə bağlı vaxt verilib və əks halda, məhkəmənin qərarı ilə onların ölkədən çıxışına məhdudiyyət qoyula bilər.

Tehsil-press.az

Oxşar xəbərlər