Türkiyədəki güclü zəlzələ Azərbaycanda təkrarlana bilərmi? - Qurban Yetirmişli açıqladı

Türkiyədəki güclü zəlzələ Azərbaycanda təkrarlana bilərmi? - Qurban Yetirmişli açıqladı “Mərmərə dənizində baş verən zəlzələnin Azərbaycana heç bir təsiri olmayacaq. Ölkəmizdə belə bir zəlzələ gözlənilmir”.

Bunu açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O, Mərmərə dənizində bir neçə aydır güclü aktivlik olduğunu bildirib: “Bir müddətdir ki, o ərazidə tektonik piltələrin hərəkəti yüksək idi. Müəyyən müddət orada bir neçə xırda təkanlar oldu. Biz bunu mərkəzdə olan sistem vasitəsi ilə görə bilirik. Xırda təkanlar olduqca enerji boşalması getmədi. İndi baş verən zəlzələnin maqnitudası güclüdür, hiss olunan zəlzələdir, dağıntılara səbəb ola bilər. Tədqiqatlar göstərəcək ki, nələrə ziyan dəyib”.

Qurban Yetirmişlinin sözlərinə görə, İstanbulda təkanların davam etməsi gözlənilir: “Proses bir az da davam edəcək. Xırda təkanlar olacaq. Çünki qeyd etdiyim kimi enerji boşalması getməyib. Azərbaycana isə heç bir təsiri olmayacaq. Seysmik quruluş və məsafə cəhətdən bu mümkün deyil. Bizim bütün ocaqlarda seysmiklik sıfır səviyyəsindədir. Xırda təkanlar olur, heç biri də hiss edilmir, qorxulu bir şey yoxdur. Biz dünyanın hər yerində baş verən zəlzələləri qeydə alırıq”.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhəri və ətraf vilayətlərdə 6,2 bal gücündə zəlzələ baş verib.

Tehsil-press.az

Oxşar xəbərlər