Mədəniyyət Nazirliyinin "CƏSARƏTsayağı" ATTESTASİYASI barədə redaksiyamızın qeydləri

Mədəniyyət Nazirliyinin Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş attestasiya haqqında mediada yayımlanan (https://azpress.az/home/show-news2757) məqalə ilə tanış olduqdan sonra belə məlum olur ki, nazirlik özünün uğursuz attestasiya kompaniyasına bəraət qazandırır və bu məqalə ilə özünü sığortalamağa çalışır. Amma hər şey göz qabağındadır. (məqaləmizə video-şərhlər və süjetlər də əlavə olunub)

Biz qısa olaraq bir neçə faktı oxucularımıza çatdırmaq istərdik:

1. Attestasiya zamanı həddindən çox qanun pozuntularına yol verilmişdir. Əvvəla, komissiya üzvləri səriştəsiz adamlardan ibarət idi. Əlimizdə olan faktlar onu göstərir ki (redaksiyaya daxil olmuş məlumatlara əsasən), komissiya tərkibinə daxil edilmiş şəxslərin özlərini (80%-ni) əvvəlcədən attestasiyadan keçirmək lazım idi. Onların bilik və bacarıq statusları imkan verə bilməzdi ki, attestasiyada komissiya üzvü ola bilsinlər.

Mədəniyyyət Nazirliyi, bəlkə Siz, bu kompaniyaya başlamazdan əvvəl komissiya üzvlərinin özlərini attestasiya edərdiniz və daha sonra "hücüma kecəydiniz"

2. Onlarla faktlar mövcuddur ki, komissya üzvləri öhdəliklərini qeyri-peşəkarlıqla icra ediblər. Onlar attestasiyadan keçirilən müəllimlərə qarşı ilk növbədə psixoloji təzyiqlər göstərərək, onları stress vəziyyətinə salaraq, cavablandırmalarını pozurdular. Gələn şikayətlərdən belə məlum olur ki, komissya üzvlərindən bəzilərinə öncədən tapşırıq verilib ki, kimlərə qarşı qərəzli mövqedə olsunlar. Onlar da verilən tapşırığı canfəşanlıqla yerinə yetiriblər. "Afərin Sizə?.."

3. Müşahidə və araşdırmalar onu göstərir ki, komissiya üzvlərinin özlərinin belə, bilik səviyyəsi aşağıdır və attestasiya necə aparılmalıdır, onu belə bilmirlər. Misal üçün, redaksiyaya daxil olan faktlardan birinə nəzər yetirək: Komissiyanın üzvlərindən biri olan Nigar Məlikova attestasiyadan keçən şəxsin verdiyi cavabın yanlış olduğunu bildirir, halbuki, cavab doğrudur. Özünü daha savadlı göstərmək üçün verilən cavabı qəbul etmir. Biz də həmin sualın cavabını araşdırdıq və məlum oldu ki, Nigar Məlikovanın özünün heç bu barədə məlumatı yoxdur. Nigar Məlikova, siz hardasa "Bethoven" ola bilərsiniz, amma attestasiyaya hazırlaşıb gəlməli idiniz. Ən azından, əlinizdəki telefonla internetə daxil olub, sualin cavabını qısa vaxtda düzgün olub-olmadığını müəyyənləşdirə bilərdiniz. Əvəzində attestasiya edilən şəxsi savadsızlıqda ittiham etmisiniz, növbəti addım olaraq, stress halına gətirdiyiniz şəxsi müsiqi nömrəsini ifa etməyə dəvət etmisiniz, verilən tapşırıqdankənar, (halbuki 4 ay bundan əvvəl hazırlıq proramları verilmişdi. Siz bu proqramdan kənar sualları nə haqlq verirdiniz?) özü də onun profilinə aid olmayan musiqini ifa etməyi tələb etmisiniz. Nəhayət, stress əhval-ruhiyyyəsi yaradandan sonra, tapşırığa uyğun müsiqi parçasını ifa etməsinə razılaşmısınız. Amma, ifanın elə ilk anında "УЖАААС!.." ifadəsini işlətməklə, ifanı yarımçıq qoymağa nail olmusunuz. Nigar Məlikova, olmazdımı ki, ifanı sona qədər dinləyib, sonra iradlarınızı bildirəydiniz? Aydındır ki, bu vəziyyətdə öz fikrini ifadə etmək , istənilən musiqini ifa etmək lazımi səviyyədə mümkün deyil. Görəsən, Nigar Məlikovanın özünə qarşı belə münasibət olsaydı, çıxışdan əvvəl onu belə stressli vəziyyətə gətirsəydilər,normal çıxış edə bilərdimi?! Ələbəttə, bu qeyri-mümkündür (Yeri gəlmişkən , konsert zamanı şəxsən siz ifayə başlamazdan qabaq, əgər zaldan 2-3 adam qışqırsaydı "УЖАААС!..". O zaman stressli abı-havada sizin ifanızın taleyi necə ola bilərdi?) Nə isə, söhbətı uzatmırıq, qısası, siz və sizin kimi bəzi komissiya üzvlərinin işi "УЖАААС!.."
Sonda tələbimiz: KAMERALAR AÇILSIN və sizin kimi "bethoven" tipli komissiya üzvlənin "canfəşanlığı" ictimailəşdirilsin.

4. Onlarla belə faktları misal göstərmək olar. Hətta qeyd etmək istərdik ki, Nazirlər Kabinetinin qərarına əsasən, attestasiyanı hüquqi cəhətdən izləmək üçün vəkil də komissiya üzvləri ilə birlidə olmalı idi. Lakin burada vəkil iştirak etməyib. Belə görünür ki, vəkilin olmaması öncədən planlaşdırılıb. Əlbəttə ki, hüquq nümayəndəsinin bu ""CƏSARƏTsayağı" ATTESTASİYASI da, nə işi var! Sizlərə əlavə şahid lazımdır ki? Kameralar da olmasaydı, lap əla olardı, haqqını tələb etmək istəyənin tamam ümidi kəsilərdi.

5. Sözümüz Mədəniyyət Nazirliyinədir. Sizdən xahiş yox, tələb edirik ki, bu tipli tədbirlər keçirdikdə ona lazımı hazırlıq görün və işləri həqiqətən səriştəli adamlara həvələ edin. Tələb etməyə də haqqımız var, Sizlər xalqa xidmət etməlisiniz, ona görə ki, o vəzifəyə görə əmək haqqını xalq tərəfindən büdcəyə ayrılan vəsaitlər hesabına alırsınız!

Mədəniyyət Nazirliyi, fəaliyyətiniz uzun zamandır ki, tənqid obyekti olub. Burada nazirliyin nəzdində olan bir cox sahələrdə baş alıb gedən problemləri saymaqla qurtarmaq olmur. Mədəniyyət Nazirliyinin nəzdində olan musiqi məktəblərində vəziyyət heç də xoşagələn deyil. Buraya təyin etdiyiniz bəzi direktorların hansı meyarlarla bu vəzifəyə seçildiyi sual altındadır. Qeyd edək ki, gələcək zamanda biz bununla da bağlı məqaləmizi ictimaiyyətə təqdim edəcəyik. Hazırda topladığımız faktlar üzərində iş gedir. Sözsüz ki, təqdim edəcəyimiz iddialar və faktların dəqiqliyi ekspertiza olunsa belə təkzib edilməzliyini təsdiqləyəcək.
Azərbaycan cəmiyyətində narazılıqlar yaratmaq, insanları dövlətə qarşı qoymaq ən azından təxribatdır. Siz də əməllərinizlə həmin təxribata xidmət etdiniz. "Cəsarət kimiləri" dəvət etməklə işi bərbad halda başa vurdunuz. Kameralar açılmalı, real görüntülər ortaya çıxamlı, sizin attestasiya ləğv olunmalı və attestasiya nəticəsində yüzlərlə ziyalıya dəymiş maddi və mənəvi ziyan ödənilməlidir. Biz demirik ki, burada həqiqətən zəif, hazırlıqsız müəllimlər olmayıb, əlbəttə də ki, olmamış olmazdı. Lakin burada atalar demişkən "Qurunun oduna yaş da yanır." Belə ki, baş vermiş təşkilatı çatışmazlıqlardan, (kimlərəsə bu sərf edirdi) istifadə edib attestasiyanı necə gəldi aparanlar, sifarişli siyahılarla bədnam əməllərini həyata keçirmək istəyənlər də oldu.

6. Məlumata görə, attestasiyadan minimal faizlə kəsilən müəllimlər üçün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzində müvafiq kursların təşkili nəzərdə tutulur. Həmin müəllimlər müəyyən müddət ərzində ixtisasaslaşdirma kursu keçdikdən sonra yenidən imtahan vermələri nəzərdə tutulur. Lakin deyilənlərin əksinə, heç bir kursun olmayacağı bildirilib. Hal-hazırda elə şəxslər attestasiyada kəsilib ki, onlar on illərlə bu sahədə fəaliyyət göstəriblər və lazımdırsa təkmilləşdirmə kurslarına gedib, yenidən attestasiyadan kecə bilərlər. Amma biz nə görürük? Görünən odur ki, "CƏSARƏTsayağı" ATTESTASİYANIN öz qaydaları var. Burada həqiqi attestasiyadan başqa hər şey var: qeyri-qanuni qərarlar, bərbad təşkilatçılıq, sifarişli, qərəzli siyahılar və s...

7. Təşkil etdiyiniz gözəl media turlar isə, özünüzü sığortalamağa xidmət edir. Siz sosial şəbəkələrə də hərdən nəzər yetirin. Sözünü demək istəyənlərin əksəriyyəti orada cəmləşmişdir. Unutmayın ki, cəmiyyətin əksəriyyəti Sizin kameralar qabağına çıxardığınız, attestasiyadan sevinclə razı qalan bir-iki adama yox, sosial şəbəkələrdə yayılan mənfi rəylərə inanır!

Təqdim olunan iradların siyahısı uzana bilər. Lakin oxucularımızı yormaq istəmirik. Araşdırmalarımız davam edəcək və bu qanunsuzluqların sonu üçün biz də çalışacağıq!



Tehsil-press.az

Oxşar xəbərlər