
BDU-nun Beynəxalq münasibətlər və iqtisadiyyat fakültəsinin TEC sədri Əli Bədəlov Azərbaycanın xarici siyasətində çoxtərəflilik prinsipinin önəmindən söz açaraq, bu sahədə gənclərin fəal mövqeyinin vacib olduğunu bildirib.
BDU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti Əlimusa İbrahimov Azərbaycanın xarici siyasətində çoxtərəfli əməkdaşlıq formatlarına verdiyi önəmi konkret nümunələr üzərindən izah edib. Bildirib ki, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu məhz bu prinsipial və çevik diplomatik xəttin nəticəsidir. Məruzəçi çıxışında Yaxın Şərq regionundakı mövcud geosiyasi vəziyyətin çoxtərəfli diplomatiya üçün yaratdığı çağırışlara və imkanlara da toxunub, tələbələri bu mövzularda daha fəal olmağa dəvət edib.
Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti Təranə Tağıyeva çıxışında müasir beynəlxalq münasibətlər sistemində sülh və sabitliyin qorunmasında diplomatiyanın, xüsusilə də çoxtərəfli yanaşmaların önəmindən bəhs edib. O, Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığını, regional və qlobal təşəbbüslərdə fəal iştirakını, eləcə də diplomatik uğurlarını geniş şəkildə təhlil edib.
Seminar mövzu ətrafında interaktiv müzakirə ilə davam edib.
Tehsil-press.az