Yeni Papa bu tarixdə seçiləcək

Yeni Papa bu tarixdə seçiləcək Vatikanda yeni Roma Papasının seçilməsi üçün konklav mayın 7-də toplanacaq.

Bu barədə məlumatı öz mənbələrinə istinadən “Reuters” yayıb.

Bildirilib ki, konklavın tarixi kardinalların Roma Papası Fransiskin dəfnindən sonra baş tutan qapalı görüşü zamanı təyin edilib.

Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də 89 yaşında dünyasını dəyişib. O, aprelin 26-da dəfn edilib.

Tehsil-press.az

Oxşar xəbərlər