Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
"Bu hekayə ürəyi zəif olanlar üçün deyil. Adətən hava limanına özüm avtomobil sürərək getməyi sevirəm. Həmin gün də elə oldu: yağış yağırdı, yol boş idi. Qulağımda qulaqcıq, telefonla danışırdım və yüksək sürətlə hərəkət edirdim. Birdən maşın çökəyə düşdü və nəzarəti itirərək fırlanmağa başladı. Telefon danışığını dayandırmadan, sakit qalmağa çalışdım. Nəticədə avtomobil əks istiqamətə dönsə də, idarəetməni bərpa edib yoluma davam edə bildim", – deyə Emin Ağalarov yaşadığı anları bölüşüb.
Tehsil-press.az