Emin Ağalarovdan daha bir PAYLAŞIM: “Faciə baş verən gecə...”

Emin Ağalarovdan daha bir PAYLAŞIM: “Faciə baş verən gecə...” Xalq artisti Emin Ağalarov Moskvadakı “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı paylaşım edib.

Ağalarov dəhşətli terror zamanı köməklik göstərən şəxslərə təşəkkür edərək, qeyd edib: “Fədakar mühafizəçilərə, “Crocus City Hall” və ətraf təşkilatların əməkdaşlarına, faciə baş verən gecə əməyi keçən insanlara, yardım edən bütün əməkdaşlara dərin minnətdarlığımı bildirirəm.

Hamımız üçün dəhşətli bir faciə yaşandı. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı, zərərçəkənlərə bütün qəlbimlə şəfa və mənəvi güc arzulayıram”.

Xatırladaq ki, terror aktı törədilən “Crocus City Hall” Emin Ağalarovun atası Araz Ağalarova məxsusdur.

Tehsil-press.az

Oxşar xəbərlər