
Bunu bir qrup tələbə bildirib.
Onların sözlərinə görə, “AGA Group” şirkəti ötən il “Dəmir Ay” adlı təqaüd üçün müsabiqə elan edib. Qalib gələn tələbələrə il boyunca hər ay 250 manat təqaüd verilməsi nəzərdə tutulub. Amma təqaüdlər ödənilmir. Tələbələrə müxtəlif vədlər verilsə də, bu qədər vaxt ərzində yalnız 1 ay ödəniş olunub.
Ödənməyən təqaüdlərlə bağlı tələbələrin şirkətə ünvanladıqları müraciətlər cavabsız qalıb.
Məsələyə münasibət öyrənmək üçün “AGA Group” şirkəti ilə əlaqə saxladıq. Bildirilib ki, sorğu aidiyyatı şəxslərə yönləndirilib, qeyd olunanlarla bağlı araşdırma aparıldıqdan sonra məlumat veriləcək.
Xatırladaq ki, "AGA Group"un icraçı direktoru Qafar Dəmirçidir.
Tehsil-press.az