BANM ilə “Boston Consulting Group” arasında əməkdaşlıq imkanları müzakirə olunub

BANM ilə “Boston Consulting Group” arasında əməkdaşlıq imkanları müzakirə olunub İdarəçilik üzrə ən böyük qlobal konsaltinq şirkətlərindən olan “Boston Consulting Group”un icraçı direktoru və tərəfdaşı Vladimir Roqov, məsləhətçisi Yevgeni Kokurin, işə qəbul üzrə rəhbəri Polina Rasskazova və baş mütəxəssisi Nərgiz Adıgözəlovadan ibarət nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
Rektor Elmar Qasımov qonaqlara Bakı Ali Neft Məktəbinin yaranması, buradakı tədris prosesi, Prezident təqaüdçülərinin sayına görə ölkə birincisi olması, məzun və tələbələrin yüksək göstəriciləri barədə məlumat verib. Görüşdə perspektiv əməkdaşlıq imkanları müzakirə olunub.
Sonra şirkətin nümayəndələrinin tələbələrlə görüşü keçirilib. Onlar tələbələrə “Boston Consulting Group”un yaranma tarixi, qlobal nümayəndəlikləri, fəaliyyət istiqamətləri, xidmət göstərdikləri sektorlar barədə məlumat veriblər. Şirkət nümayəndələri, həmçinin iş prinsipləri, işə qəbul prosedurları və təqdim etdikləri təcrübə proqramları, tələbələrin bu proqramlara müraciət qaydalarından bəhs ediblər.
Qonaqlar ali məktəbin kampusundakı laboratoriyalarla tanış olub və burada yaradılan şəraiti yüksək qiymətləndiriblər.

Tehsil-press.az



Oxşar xəbərlər