
Səmimi qəbula görə təşəkkür edən səfir Xalid Usman Qaiser ADU-da olmaqdan şad olduğunu söylədi. Azərbaycan və Pakistan arasında olan dostluq əlaqələrinin tarixi köklərə söykəndiyini bildirdi, Səfir siyasi, iqtisadi, humanitar, ticarət sahələri ilə yanaşı, təhsil sahəsində də Azərbaycan-Pakistan arasında mövcud olan əlaqələrin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.
Daha sonra Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qaiser ADU-nun tələbələri ilə görüşdü. Qonağı tələbələrə təqdim edən Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev Azərbaycanla Pakistan arasında dostluq münasibətlərinin olduğunu bildirdi. O, səfir Xalid Usman Qaiserə tələbələrlə görüşü qəbul edib gəldiyi üçün təşəkkür etdi.




İlk dəfə Azərbaycan Dillər Universitetində olduğunu bildirən səfir Pakistanın xarici siyasəti və Pakistan-Azərbaycan arasında ikitərəfli əlaqələr mövzusunda təqdimatla çıxış etdi. O, çıxışında Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistana səfərlərini xatırlatdı. Səfir İslam Respublikası olan Pakistanın beynəlxalq və regional əlaqələrdə rolu, Pakistan diplomatiyasının tarixi inkişafı, uğurlu diplomat olmağın sirləri haqqında da tələbələrə məlumat verdi. Çıxışının sonunda səfir bu görüşün təşkil olunmasında göstərdiyi köməyə görə universitet rəhbərliyinə və Diplomatlar klubuna təşəkkürünü bildirdi.
Daha sonra səfir tələbələri maraqlandıran sualları cavablandırdı.
ADU-nun Mətbuat Şöbəsi