ANS 15 nəfərə məzar olan binada

ANS 15 nəfərə məzar olan binada Bu gün faciədən bir il ötür.

Bu gün 2015-ci ilin 19 mayında Bakının Binəqədi rayonunda 15 nəfərin həlak olması, 56 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yanğının bir ili tamam olur. "Günə Baxan"ın əməkdaşları yanğının ildönümündə hadisə baş verən binada olub və sakinlərin fikirlərini soruşub.
Dəhşətli yanğının 1 ili tamam oldu. Bəs bu 1 ildə nə dəyişdi?
Bina sakinləri yanğın baş verən günləri, həmin qorxulu anları unutmadıqlarını bildiriblər. Yeni təmirdən çıxmış mənzillərində yaradılmış şəraitdən öz razılıqlarını bildiriblər. Elgiz Əkbər mənzil sahibləri ilə söhbət edərək onların şəraitləri ilə maraqlanıb.
Evlər tamamilə təmir edilib və yanğın zamanı yararsız hala düşən evlər əşyalarla təmin edilib. Sakinlər baş verən hadisədə yaxınlarını itirənlərə Allahdan rəhmət diləyiblər.



Elgiz yanan bina sakinləri ilə görüşüb
Ötən ilin 19 mayında Binəqədi rayonunda Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında səhər saatlarında (10:30) baş vermiş yanğın hadisəsi baş verib. Hadisə nəticəsində 15 nəfər ölüb, 56 nəfər isə yaralanıb. Yanğının başlamasına səbəb kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilib.


Tehsil-press.az

Oxşar xəbərlər