
Hadisə Sverdlovsk vilayətinin Suxoy Loq şəhərində şəxsi evdə baş verib. Məlumata görə, yanğın nəticəsində 9 nəfər həyatını itirib. Rusiya İstintaq Komitəsinin Sverdlovsk üzrə İdarəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, yanğının baş verməsinə səbəb sobanın nasazlığı olub. Evin alovlanması nəticəsində ev sahibinin ailə üzvləri, qonaq gəlmiş ailə və daha bir nəfər yanıb. Yanğınsöndürənlər evdə qalmış bir nəfəri xilas edə biliblər.
Tehsil-press.az