
Bu barədə Polşanın Milli Vergi Administrasiyası məlumat yayıb.
Bildirilir ki, sözügedən yüklər Avropa Birliyinin sanksiyalarına düşdüyü üçün saxlanılıb.
"Polşanın Koroşin şəhərində yük maşını yoxlanılarkən əməkdaşlar bəyan edilmiş avtomobil və avtobus şinləri əvəzinə, mülki "Boinq" təyyarələrində istifadə olunan xüsusi şinlərin daşındığını müəyyən ediblər", - deyə məlumatda əlavə edilib.
Yükün göndəricisi İspaniyada yerləşən bir şirkət, alıcısı isə Azərbaycandakı şirkət olub. Aşkarlanmış faktla bağlı gömrük saxtakarlığı maddəsi ilə cinayət işi açılıb.
Tehsil-press.az