Bakı Dövlət Universitetinin tələbələri gənclər festivalında

Bakı Dövlət Universitetinin tələbələri gənclər festivalında Azərbaycan Respublikasının Gənclər Fondu, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə ölkənin ən böyük gənclər festivalı - “Yay Fest” keçirilir.
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı idarə heyətinin üzvləri və fəal tələbələr növbəti dəfə bu festivalda iştirak şansı qazanıblar.
Bir ay ərzində keçiriləcək festival “Tələbələr”, “İnnovasiya və sahibkarlıq”, “Vətənpərvərlik”, “Könüllülər” və “Karyera və inkişaf” olmaqla 5 düşərgə şəklində təşkil olunacaq.
Düşərgələrin hər birində vətənpərvərlik, tarix, incəsənət, sosial media, innovasiya və digər mövzularda müxtəlif təlim, seminar, mühazirələr keçiriləcək, dövlət və özəl qurumların nümayəndələri, Milli Məclisin deputatları və təlimçilər ilə görüşlər təşkil ediləcək.
Qeyd edək ki, düşərgədə Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar tövsiyələri nəzərə alınmaqla, yalnız COVID-19 pasportu olan şəxslərin iştirakı təmin edilib.

Tehsil-press.az




Oxşar xəbərlər