Bakıda lisey direktoruna yüksək vəzifə verildi

Bakıda lisey direktoruna yüksək vəzifə verildi Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat həyata keçirilib.

Bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynovanın əmrinə əsasən, Turanə Məcidli BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri vəzifəsinə təyin edilib.

Bu təyinata qədər Turanə Məcidli Bakı şəhəri 2 nömrəli Texniki-humanitar liseyin direktoru vəzifəsində çalışıb.

Tehsil-press.az

Oxşar xəbərlər