Ötən tədris ilində Bakının 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

Ötən tədris ilində Bakının 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb Ötən tədris ilində Bakının 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb.
Bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında bildirib.
M.Vəliyeva diqqətə çatdırıb ki, ötən tədris ilində BŞTİ-nin bir əməkdaşı, 20 direktor müavini, doqquz müəllim, bir kitabxana müdiri işdən çıxarılıb. O deyib: “Eyni zamanda, BŞTİ-nin iki əməkdaşı, 18 təhsil müəssisəsinin rəhbəri, 32 direktor müavini, 54 müəllim, BŞTİ-yə tabe olan struktur bölmələrinin altı əməkdaşı intizam məsuliyyətinə cəlb edilib”.
Nazir müavininin sözlərinə görə, BŞTİ-yə tabe olan struktur bölmələrinin 30 əməkdaşı, 27 təhsil müəssisəsinin rəhbəri, 11 direktor müavini və 40 müəllimə isə xəbərdarlıq edilib.

BŞTİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər