BDU tələbələri DAAD-ın təqaüd proqramları barədə məlumatlandırılıblar

BDU tələbələri DAAD-ın təqaüd proqramları barədə məlumatlandırılıblar Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün DAAD-ın təqaüd proqramları ilə bağlı məlumat xarakterli görüş təşkil edib.

Görüşdə DAAD-ın Tbilisidəki regional ofisinin rəhbəri Gebhard Reul tələbələrə Almaniyada təhsil və tədqiqat imkanları barədə ətraflı məlumat verib.

Görüş iştirakçıları DAAD-ın missiyası, bakalavr və magistratura səviyyələri üzrə təqaüd proqramları, eləcə də yay alman dili kursu təqaüdləri (alman dili bacarıqları minimum A2 səviyyədə olan II-III kurs bakalavr tələbələri, I kurs magistratura tələbələri üçün) haqqında məlumatlandırılıblar. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Azərbaycanın təhsil məkanında 1987-ci ildən fəaliyyət göstərən DAAD tələbə və elmi işçilərin beynəlxalq mübadiləsini dəstəkləyən, təlim və tədqiqat proqramlarını maliyyələşdirən təşkilatdır.

Tehsil-press.az

Oxşar xəbərlər