
Bu sözləri açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
O bildirib ki, turistik səyahətlər üçün də quru sərhədlərin açıq olması daha sərfəlidir:
"Təhlükəsizlik məsələləri və.s artıq öz həllini tapmalıdır. Dünyada bu formada sərhəddi bağlı olan ikinci dövlət yoxdur. Məsələ tez-tez gündəmə gətirilsə də, nəticə yoxdur. Ən son Gürcüstan tərəfi elan etdi ki, qatar yolu açıqlacaq. Ümid edirik ki, tez bir zamanda bu, baş tutar. Sərhədlərin bağlı olması ilə bağlı insanların işinə, həyat tərzinə yetəri qədər zərbə dəyir. Təəssüf ki, bu məsələdə hələ də bədbin mövqedəyəm".
Qeyd edək ki, qonşu dövlətlər Azərbaycana uzun müddətdir ki, quru sərhədlərin açılması ilə bağlı təkliflər irəli sürürlər. İran və Gürcüstan mətbuatı bu barədə açıqlamalar yaysa da, Azərbaycan tərəfindən rəsmi açıqlama hələlik yoxdur.
Tehsil-press.az