SDQ/YPG ləğv olunmayacaq?

SDQ/YPG ləğv olunmayacaq? Martın 10-da imzalanan saziş yeni, demokratik və mərkəzləşdirilməmiş (desentralizasiya – red.) Suriyanın qurulması üçün tarixi bünövrə təşkil edir və beynəlxalq ictimaiyyətin dəstəyini qazanıb.

Bunu Suriyada mövcud olan SDQ/YPG terror təşkilatının komandanı “Məzlum Kobani” kod adlı Fərhad Abdi Şahin deyib.

O, iddia edib ki, qonşu ölkələrin (konkret ad çəkməyib – red.) SDQ-yə münasibətində dəyişiklik olub:

“Onlar artıq SDQ-yə qarşı əvvəlki kimi düşmənçilik etmirlər. SDQ-nin mövcudluğu artıq müharibə üçün bəhanə deyil. Biz mərkəzləşdirilməmiş Suriya istəyirik. Rakka, Hasekə və Deyr əz-Zor mərkəzsizləşdirmə yolu ilə idarə olunmalıdır”.

Qeyd edək ki, Türkiyə mediası Fərhad Abdi Şahinin bu açıqlaması ilə SDQ-nin buraxılmayacağını eyham vurduğunu yazır.

Tehsil-press.az

Oxşar xəbərlər