Böyük Britaniya hakimiyyəti "artan düşmən təhdidləri" ilə əlaqədar yeni Hərbi Kəşfiyyat Xidmətinin (MIS) yaradıldığını elan edib.Bu barədə krallığın Müdafiə Nazirliyinin saytına istinadən xəbər veririk.
"Müdafiə Nazirliyinin yeni Hərbi Kəşfiyyat Xidmətini (MIS) təsis etməsi sayəsində Britaniya hərbi kəşfiyyatı daha səmərəli, operativ olacaq və gələcək təhlükələri daha yaxşı proqnozlaşdıra biləcək", - deyə məlumatda bildirilir.
Məlumata görə, son bir il ərzində Müdafiə Nazirliyinə qarşı kəşfiyyat fəaliyyətinin aktivliyi 50%-dən çox artıb.
Tehsil-press.az









