"Sertifikasiya sualları məktəb proqramından çətin olmalıdır"

"Sertifikatlaşdırma prosesində bütün testlər və tapşırıqlar müəllimin tədris etdiyi fənnin kurikulumu və həmin kurikulum əsasında hazırlanmış dərsliklərdən kənara çıxmır".

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqubu Təhsil TV-də yayımlanan "360 dərəcə təhsil" proqramında qonaq olarkən deyib.

O bildirib ki, məsələn, müəllim coğrafiya fənnini tədris edirsə, onun uşaqlara tədris etdikləri məqamlardan kənar suallar salınmır.

"Mən bunu dövlət qurumunun əməkdaşı kimi deyirəm. Amma vətəndaş mövqeyimi soruşsanız, deyərdim ki, sertifikatlaşdırmanın sualları daha mürəkkəb, məktəb proqramından yüksək olmalıdır. Çünki müəllim öyrətdiyindən daha yüksək biliyə malik olmalıdır ki, tədris prosesində daha məlumatlı olsun və biliyini şagirdə daha yaxşı ötürsün".

Tehsil-press.az

Oxşar xəbərlər