
İşğaldan azad edilən ərazilərdəki təmir və tikinti işlərinə vahid nəzarət mexanizmi varmı? Bu, hansı qaydada aparılır?
Deputat Aqil Abbas deyib ki, Qarabağda aparılan quruculuq işlərinə dövlət səviyyəsində birbaşa nəzarət var:
“Prezident İlham Əliyev ilin əksər günlərini Qarabağda səfərdə olur. O, tapşırıqların icrasına birbaşa nəzarət edir. Belə olan halda, aparılan tikinti işlərində özbaşınalıq ola bilərmi?! Ölkə başçısı həmin ərazilərdə hər hansı bir tikilinin təməlini qoyur və proses başa çatdıqdan sonra şəxsən ora baxış keçirir, nöqsanların olub-olmamasını özü yoxlayır.”
Tehsil-press.az